Reklam
Reklam
Reklam
Reklam
Reklam
Reklam

Prof. Dr. Yasemin Karakoyunlu

AMEA-nın əməkdaşı İsrail bizim dostumuzmu? A planı İsrailin Təbriz haqqında nağılları oxumasının arxasındakı plan: Gizli strateji.

Prof. Dr. Yasemin Karakoyunlu
30 Kasım 2024 - 14:44

Təbriz mərkəzli Bütöv Azərbaycan qurulur. Nəticədə İran parçalanır və İranın içindən Güney Azərbaycanla Türkiyə sınırları boyunca, uzanan Mahabad Kürd dövləti çıxır. Bu Mahabat İraqdakı Bərzani ilə qurulmağa çalışılan "kürdüstan"la birləşərək bir kürd etno-demoqrafik zolağı yaradılır ve siyasi bir subyektə çevrilir. Sonra bu zolaq Türkiyənin güney doğusuna ve Suriyanın quzeyinə qədər yayılır.
Beləcə Güney Azərbaycan, İraq və Suriyanı Türkiyə ilə birləştirən sınır bölgələrdə yaradılan Kürdüstan (İzrail) Suriya üzərindən Aralıq dənizinə çıxır. Sonra Türkiyədən Dəclə-Fərat çaylarının başlanğıc bölgələri qoparılır və Kürdüstana bağlanır. Beləcə İsrail orta doğudakı su savaşlarını qazanır, Dəclə və Fərata nəzarəti ələ keçirir.
Türkiyəni Suriya və İraq üzərindən Ərəbistan yarımadasına bağlayan bölgədə tampon kürdüstan dövləti qurulur. Türkiyə batıdan Ermənistanla, Yunanıstanla, doğudan Kürdüstanla çevrələnir. İzrail ikili siyasət izləyir. Türkiyəni bölür, Azərbaycanı birləştirir. İraq və Suriya türkmanlarını, Kərkükü, Hələbi türkdən təmizləyib kürdləştirir. Bütöv Azərbaycan davası, İrandakı türk hərəkatı İzrail üçün Kürdüstanın qurulmasında sanki potensial açar rolu oynayan vasitədir. Ən azı İzrail belə hesab edir. İzrail bizim dostumuzmu, düşmənimizmi?

Çox ağıllı olmalıyıq. İzrailin stratejisi Türk Milli maraqlarına ziddir. Bölgəni, İranı, Bütöv Azərbaycanı da İzrail deyil, türk ağlı quracaqdır, orta doğu bizim kültür arealımızdır, İzrail mərkəzli Orta Doğu yox, türk mərkəzli, Türkiyə mərkəzli orta doğu qurulmalıdır və burası yəhudilərlə deyil, türklərlə məskun olan bölgədir və orta doğunu türk ağlı dizayn etməlidir. Bölgənin gücü Türk millətidir. İranın sahibi də türk millətidir.
Farslarla yəhudilər tarix boyu strateji müttəfiq olmuşlar. Midiya dövlətində saray çevrilişi edib Kiri hakimiyyətə gətirən də, Əhəməni pers dövletinin qurulmasına dəstək verənlər də yəhudilərdir.

Türkiyəni bölən, parçalayan, Kərkükü, Hələbi türkdən təmizləyən bir dövlət bizim dostumuz ola bilməz. 150 min PKK-nı silahlandırıb Türkiyə ilə savaşdıran, Türk əsgərini şəhid edən, Türkiyəni bölən bir dövlət bizim düşmənimizdir. Mənim Osmanlı dövlətim də məhz İsrail dövlətinin qurulması planının gerçəkləşməsi üçün parçalanıb, bölünmüşdü.

Azərbaycanın dəyişməz müttəfiqi Türkiyədir. Türkiyə Azərbaycan birliyi, konfederasiyası bölgədəki bütün etnik, dini, kültürəl sorunların öhdəsindən gələcəkdir. Məhz bu birliklə Orta Doğu Türk mərkəzli bölgə olacaq, BOP planı pozulacaqdır. Azərbaycan dövləti də bu BÖP planını həyata keçirən bütün PKK və Feto təmsilçilərindən təmizlənməlidir.

P.S. - Ötən günlərdə bir yazı yazmışdım. Bu gün düşmənimiz olan Aşkenaz yəhudiləri dostumuz, müttəfiqimiz ola bilərmi? Əslində ola bilər. Aşkenazlarla-qıpçaq Xəzərlərlə Oğuz türkünü ayıran yeganə cəhət dindir. İkisi də Türkdür. Eyni qandan, eyni soydan gəlirik. Bu gün Aşkenazlar türklükdən qopub yəhudiləşmiş və kürəsəl hakimiyyət qurmuşlar.

Aşkenaz yəhudiləri qıpçaq türkləri, Xəzər Türkləridir. Xəzər imperiyası 700 ilə yaxın hökm sürmüş qüdrətli bir dövlət olmuşdur. Açın vikipediyadan izləyin. Aşkenazlar, Xəzərlər Qardaşımızdır, hətta özümüzük. Azərbaycan Xəzərbaycandır. İbrani türkləri də eski türklərin akrabaları. İbrahimin 3-cü xanımı da Oğuz xaqanın qızı Türk Qanturadır. Qanturadan olan beş oğlu da Xorasan türklərinin soylarına qarışdı. Nə maraqlıdıt ki, Musəvi Xəzərlər-Aşkenazlar türkləşmək əvəzinə yəhudiləşdilər və indi düşmən kimi, rəqib kimi qarşımızda durmuşlar. Müsəlman oğuz türkü ilə musəvi qıpçaq türkü üz-üzə durmuşdur. Kürdlər üzərindın Vəkalət savaşları gedir. Tarixi dəyişməliyik. Dəyişəcəyik. İsraili, yəhudi cəbhəsini böləcəyik. Bu gün İngilislərin, Amerikanın müttəfiqi olan, kürəsəl güc olan Xəzərləri, Aşkenazları müsəlman Türkün dostuna, müttəfiqinə çevirməliyik. Xəzərlərimizi bağrımıza basmalıyıq. Lakin bunlar gələcəkdə olacaq işlər.
Bu gün isə öz Xəzərlərimiz qarşımıza yəhudi kimi, rəqib və düşmən kimi çıxmışdır. Qarabağda qriqoryanlaşmış türklər erməni kimi qarşımıza çıxdığı kimi. Din elə bir güclü silahdır ki, eyni millət fərqli dinlərə inandıqda, o din ətrafında təşkilatlanan fərqli qruplara bölünür. Musəvi, Xristian, müsəlman türklərin fərqliləşdiyi kimi, Hindistan-Pakistan örnəyi kimi. Din şərtlərə bağlı olaraq bir milləti birləşdirər də, parçalayar da.
Görüləcək işlərimiz çoxdur.

Tarixi qədərə, şansa buraxmamalıyıq. Tarixi biz yazacağıq. Türk tarixi Özə dönüş çağına qədəm qoyub. Özə dönüş çağı başa çatanda Müsəlman, Yəhudi, Xristian Türklər Türklük üzərindən birləşəcəklər.
Tanrı Türkə yar olsun!

B planı

Ötən günlərdə yazdığım yazını da buraya əlavə edirəm. İsrailin Türk millətinə qarşı yönəlmiş planlarını dəyişmək, qarşısını almaq, zərərsizləşdirmək üçün bir yox, min bir yol var. Strateji düşüncə hər zaman bir neçə variantda A, B, C planları şəklində hazırlanır.

Bir də belə düşünəlim. Sadəcə Düşünəlim. Tarix yaddaşımızda nələr var.

Hz. İbrahim semit deyildi. (Bax: Firudun Ağasıoğlu-Tanrı Elçisi İbrahim; Hilmiye Çığ- İbrahim Peyğəmbər). Arvadı Sara, Həcər, Qantura da semit deyildi. Sara İbrahimin soyundan, Həcər Qipti, Qantura türk idi.
Hz. İbrahim e.ə. X-I minilliklərdə Ön Asiya, Qafqaz, İkiçayarası coğrafiyalarına fərqli dövlətlər halında səpələnmiş, bir -birinə qohum olan iltisaqi dilli Turani (bu mədəniyyətin adının Turani olmasını mən yox, əski Şərq tarixini araştıran Batılılar qoymuşlar.) mədəniyyətin təmsilçisi idi. Şumerin Ur şəhərindən çıxmışdı. Bir çox mənbələrdə yazılanların əksinə olaraq Xaldey kökənli deyildi (Xaldeylər, aramilər, amorilər Akkad, Assur, Babil sami dövlətlərinin qurucularıdır). İbrani yəhudilər Semit deyillər. Uzun müddət semitlərlə savaşmışlar və zamanla yaşadığı coğrafiyanın tələbi və şərtləri ilə şüur və düşüncə olaraq Semitləşmişlər (Şumerlər kimi).
İbrani yəhudilər -Semit deyildir.
Aşkenaz yəhudilər-Musəvi (Musəvilik- Musanın beş qanununa inam. Bu qanunlar Babil kralı Hammurapi qanunlarından alınmışdır. Hammurapi qanunları Şumer kralı Urnammunun qanunlarıdır. Samilər e.ə. II minillikdə İkiçayarasına yayıldıqları zaman Şumer mədəniyyətini-Turani mədəniyyəti; Şumer, Subartu, Mitanni, Elam, Aratta, Hürrit, Hetit, Urartu - əxz etmişlər, mənimsəmişlər. Özəlləştirmişlər. Öz adlarına çıxmışlar. Quran və Tövrat əski Turani və Sami sivilizasiyalarının tarixi, sintezidir. (Oxu. Cahizin əsərləri, Nihat Çətinqaya-Qızılbaşlar, Hilmiyə Çığ. Tövrat, İncil və Quranda Şumer kökənləri)
E.ə.I minillikdə İran platosuna köç edən Hind-Pers kökənli Farslar isə bütün əski Turani və Sami mədəniyyətlərini yox etmişlər, Orta doğudan silmişlər. Oxu: M.T.Zehtabi- İran Türkləri, Nasir Purpirar- XII əsr sükut, Əli Şəriəti -İran və İslamı, Daranın Bisutun qaya yazıları) dinini qəbul etmiş Xəzər Türkləridir. Xəzərlər Bizik. Soykökümüz eynidir, sadəcə dinimiz ayrıdır (əslində dinimizin kökü də birdir).

Nə etməli? Xəzər dövlətini bərpa etməli.
Aşkenaz Türklərimizlə, həmçinin İbranilərlə müttəfiq olmalıyıq.

Oğuz Xaqan qızı Qanturanı çağırıb dedi: Doğuda dini bizim dinimizdən olan Təktanrılı İbrahim Peyğəmbər fəaliyyət göstərir. Səni ona ərə verirəm. Oğuz xaqan qızı Qanturanı (kantura, ketura) böyük cehiz karvanlarıyla, qulları ilə birlikdə yola saldı, İbrahimə göndərdi. Qanturanın beş oğlu oldu. Bir gün Hz.İbrahim Qantura oğullarını çağırıb dedi. Sizi doğuya Türküstana göndərirəm. Oğulları etiraz edib dedilər ki, nədən bizi göndərirsən, Saranın, Həcərin oğullarını burada saxlayıb, bizi nədən göndərirsən? Hz. İbrahim "Tanrıdan belə əmr aldım" dedi. (Hz. İbrahim bizim sərvətimizdir, bizim coğrafiyadan, mədəniyyətimizdən çıxmışdır)

Nədən İbrani və Aşkenaz yəhudiləri Türkiyənin müttəfiqi deyil, nədən? Nədən Xəzər dövləti bərpa edilməsin?
Azərbaycan Xəzərbaycan deyilmi?

P.S. Ömrümüzün 5 ilini qədim Şərq mədəniyyətlərini öyrənməyə həsr etdik. Öyrəndik. İndi dünya sanki avucumun içindədir.

Bu yazıda ciddi mesajlar var, anlayana...İsrail bizim dostumuzmu?


Yasəmən Qaraqoyunlu
 

YORUMLAR

  • 0 Yorum