Əziz və Böyük Türk Millətim.
Bəşər övladı yaratılışdan xasiyyəti dəyişikliyə öyrənmiş.
Bu insanın təbiətindəndir.
Bir insan eyni ( aynı) bir şeyi günlərcə, aylarca, illırcə təkrar edərsə, zamanla eyni şeydən bezər ( bıkır) və yeni dəyişiklik edər ya axtarar.
Bu insanın bütün yaşayış tərzində hər bir şeydə eyni təsir göstərir.
Misal - bir insan eyni gidanı günlərlə qəbul edərsə zamanla bu gidadan bezər ( bıkar) gidasını dəyişmık istər.
Bir adam eyni arabanı, geyimi, odasını, siyasi baxışını rejimi, musiqini və b. Nə varsa bunları zamanla dəyişmək istər və dəyişirdə.
Devlətlərdə də belədir.
Bu gün hər hansı bir siyasi rejim iktidardadırsa zaman keçdikcə o siyasi rejimdən insanlar yorulur və dıyişikliyə dogru gedər.
İstər iyi bir siyasi rejim olsun, istər kötü bir zaman gəlir ki, toplum dəyişiklik istər.
Burdan yola çıxaraq belə nəticəyə gəlmək olur ki, hər bir şeyin əvvəli və sonu vardır.
Daim ebədi sonsuzadək heç bir şey yoxdur.
Toplum yaşadıqları devlətlərdə hər zamna dəyişiklik edərək dahada iyi gözəl yaşayış istərlər, amma bəzən də dəyiçiklik edərək zamanla öncəki siyasi rejimdən də kötü günlər yaşıyarlar və bunu da dəyişmək üçün yenudən dəyişiklik edərlər.
Tarixə iyi baxsaq bunları hər zaman görmüş oluruq.
İmperiyaları dagıdılar cumhuriyyətlər qurdular, xanlıkları dagıdarak bəyliklər yaratdılar, bəylikləri birləşdirərək devlətlər qurdular, devlətləri birləşdirərək imperiyalar qurdular.
Bura diqqət etsək görsənən o ki, toplum siyasi və mənəvi dəyişiklərin yolunda olmuş hər zaman , zamanla yeniləşməyə dogru axtarışlar etmiş.
Bu yeniləşmədə insan oglunu zamanla irəliləməyə , zamanla uygunlaşmaya , tərəqqiyə gətirib çıxarmışdır.
Bir devlət də siyasi iktidar zamanla yeniliklər reformalar etməzsə toplum siyasi dəyişikliyə, yeniliyə getməık üçün yollarını axtarıb tapar.
Bu iş qaçılmazdır. Ən güclü devlətlərdə sanayesi, xalqın rifahı, ekonomisi olsa da belə o devlətdə yeniləışmə mütləq olmalı, əks halda siyası iktidar ömrünü sona vurmuş olur. Sonun başlangıcı olur.
Misal - bir usta tələbəsınə eyni fəndləri günlərlə, aylarla, illərlə öyrədirsə və heç bir yenilik, dəyişiklik etmirsə tələbə , şagird o, ustanın yanından bir başka yeni ustanın yanına gedərək bilgisini yeniləyər daha da mükəmməl olar.
Hər birimizin həyatında cür bə cür dəyişiklər olmuş.
Hər bir insanında bir hadisəyə və bir siyasi gedişata bir baxış bucagı vardır.
Bu da insanlarda fərqli fərqli düşüncələr meydana çıxardır.
Eyni baxış düşüncəsi olanları eyni ( aynı) ruh və fikirləri birləşdirir , toplumda ayrı ayrı təbəqələr formalaşmasına gətirib çıxardır.
Cahillə alim bir yol gedə bilməz.
Baxəşlarə tam başqadır.
Bir hadisəni izah edək.
Televizyonda heyvanlar alımindən bir verliş gedir, bir şir bir ceyranı qovaraq ovlayır və sonda Aslan Ceyranı tutaraq öldürüb yeyir.
Baxış - 1 Sən Aslana baxaraq onun nə qədər zəhmət çəkdiyini, hansı çətinliklə ceyranı qovaraq ovladıgını izləyirsən və sonda Aslan o , ceyranı tutub yaxaladıqda sevinirsən rahatlaşırsan ki, bu qədər zəhmətdən sonra Aslan istədiyinə çatdı ovunu tutdu.
Baxış 2-
Bir başqası həmin proqrama baxaraq Ceyranın nə zülümlə Aslandan qaçaraq canını qurtarmasını izləyir, ölümlə qarşılaşmasını və nə cətinliklərlə Aslanın pəncəsindən qurtarmasını istəyirsən, amma sonda Ceyran Aslana yem olduqda, sən ceyranın halına düşgün olursan, ceyranın acı sonu səni Aslana qarşı nifrətini artırır.
Burda iki baxış düşüncəsi var.
- Aslana baxış
- Ceyrana baxış.
Bunu kimi bütün insanların bir hadisəyə necə hansı baxış bucagından baxmasıdır.
Diktatorlar, Liberallar, Demokratlar, İmperialistlər, Cumhurriyyətçilər, Tiranlar, Despotlar və b.
Düşüncədə olanların hər birinin həyata, devlətə, siyasi partiyaya, çalışdıgı kollektivə, ailə düşüncəsinə, din-i düşüncəyə və yaşadıgı , içində oldugu topluma baxışı fərqli olur.
Belə toplum üçün ortaq bir reform, yenilik, dəyişiklik etmək üçün güclü psixologoyaya , düşüncəyə, tərəqqiyə malik olan Liderlər lazım olur və bu Lider toplumdan ayrılaraq xalqın içindən çıxaraq yeniləşmə , dəyişimə yol açır.
Peygənbərlər, Fatihlər, Siyasi Liderlər bu yuxarıda yazdıklarıma aiddir.
Bu qaçılmazdı.
Hər zamanlar belə olmuş və bu gündə belədir.
Bu dəyişiklər, reforumlar bəzən kötüyə , bəzən də iyi gedişata götürür toplumu.
Sosiyalizimdən Kapitalizmə, Kapitalizimndən monopolizmə, Monopolizimdən Monarxiyaya, Monarxiyadan Xaosa və sonda Xaosdan dagılaraq yeni bir siyasi rejimə gətirib çıxardır.
İnsan oglu yaranıb ölmək üçün.
Zamansızlıq tək Tanrıya məxsusdur.
Satgılarımla Bəhruz Reis Difai.

