Reklam
Reklam
Reklam
Reklam
Reklam
Reklam
Reklam
Reklam

Azerbaycan Heran KKTC Devletini Tanıyabilir

Azerbaycan gazete ve tv ekranlarından yorum yapılan gazetecilerin kullandığı cümlelerin satır aralarında KKTC Cumhurbaşkanı Ersin Tatar ile yapılan görüşmelerin netice vererek sonuçlanacağı görüşü hakim.

Azerbaycan Heran KKTC Devletini Tanıyabilir
09 Haziran 2024 - 18:22

"Prezident İlham Əliyevin ölkə kənarındakı müxtəlif tədbirlərdə Ersin Tatarla ayaqüstü söhbətləri olub, ancaq KKTC Cümhurbaşqanının Azərbaycana dəvət olunmasının əhəmiyyəti daha böyükdür. Bunun ardı gələcək. Ersin Tatar İlham Əliyevi Kuzey Kıbrısa dəvət edib. Azərbaycan Prezidentinin Kuzey Kıbrısa gerçəkləşdirəcəyi səfər də tarixi hadisəyə çevriləcək".

Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Kuzey Kıbrıs Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır:

"Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görüşdüyü Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın "tək millət üç dövlət" ifadəsinə dəstək verib. Bu ifadənin çəkisi böyükdür, Kuzey Kıbrıs Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Keçmiş illərdə də iki dövlət arasında oxşar təşəbbüslər olub, ancaq rəsmi Bakı Qarabağdakı separatizmə görə Kıbrıs istiqamətində addımlar ata bilməyib. Azərbaycan separatizmdən qurtulduğuna görə Kıbrısla əməkdaşlığı genişləndirmək imkanına malikdir. Ersin Tatarın Azərbaycana iki günlük səfərinin gündəmin əsas mövzularından biri olmasıyla yanaşı, İlham Əliyevlə görüşüb geniş fikir mübadiləsi aparması da tarixi hadisədir".

Qeyd edək ki, Azərbaycanda səfərdə olan Kıbrıs Türk Dövlətinin prezidenti Ersin Tatar Prezident İlham Əliyevi Kıbrısa səfərə dəvət edib.

Bu barədə Ersin Tatar Musavat.com-un suallarını cavablandırarkən deyib.

Ersin Tatar söyləyib ki, Prezident İlham Əliyevlə görüşündə bir sıra detallar, o cümlədən Bakıya birbaşa təyyarə reysi, universitetlərə tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.

YORUMLAR

  • 0 Yorum